İspaniya rusiyalı məmuru axtarır

İspaniya Prokurorluğu Rusiya Federal Narkotiklərin Dövriyyəsinə Qarşı Mübarizə Xidmətinin sədr müavini Nikolay Aulovu beynəlxalq axtarışa verib. Modern.az  bildirir ki, Aulov rus mafiyası ilə əlaqədə şübhəli bilinir.   İspan müstəntiqləri Tambov cinayətkar qruplaşmasının lideri Gennadi Petrovun 2008-ci ildən bəri Nikolay Aulovla sıx əlaqədə olduğunu və qanunsuz yolla əldə olunan çirkli pulların yuyulmasında ona yardım etdiyini müəyyənləşdirib.   Artıq Rusiya Federal Narkotiklərin Dövriyyəsinə Qarşı Mübarizə Xidmətinin sədri Viktor İvanyev bu qərarı "qeyri-professional" adlandırıb.   Bundan öncə, İspaniya hüquq-mühafizə orqanları eyni iş üzrə Rusiya Dumasının deputatı Vladislav Rezniki də beynəlxalq axtarışa vermişdi.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00