Yəmənə silah aparan gəmi saxlanılıb

Fransanın Hərbi Dəniz Donanmasının Hind Okeanındaki qruplaşması Yəmənə silah aparan gəminin Somali sahilləri yaxınlığında saxlanıldığını bildirib. "OLAYLAR"-ın xəbərinə görə, silahların İrandan Yəməndəki üsyançı husilərə göndərildiyi ehtimal olunur. Bu son bir ay içində təkrərlanan ikinci hadisədir. Bir neçə həftə əvvəl Avstraliya hərbi gəmisi silah yüklu gəmini eyni bölgədə saxlamışdı. Axtarış zamanı isə gəmidə külli miqdarda silah sursat aşkarlanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00