Türkiyədə müxalifət lideri deputat toxunulmazlığından məhrum edilə bilər
1 Aprel 2016 14:09 DünyaTürkiyənin Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Dəmirtaş deputat toxunulmazlığından məhrum edilə bilər. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir. Bu gün Türkiyənin Ədliyyə Nazirliyi S.Dəmirtaş və HDP-nin digər deputatlarının toxunulmazlıq hüququndan məhrum edilməsi məsələsi üzrə parlamentə müraciət edib.
Qeyd edək ki, fevralın 17-də Ankarada törədilmiş terror aktından sonra HDP-nin bəzi deputatları PKK-nın üzvü olan terrorçu-intiharçının dəfnində iştirak etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00