Yetkinlik yaşına çatmayan 75 seks köləsi azad edildi

Livan polisi ölkədə insan alveri ilə məşğul olan ən böyük dəstəni ifşa edib və fahişəliklə məşğul olmağa məcbur edilən, yetkinlik yaşına çatmayan 75 qızı azad edib. Hüquq-mühafizə orqanlarında dəqiqləşdiriblər ki, seks kölələrinin əksəriyyəti suriyalılardır. Cinayətkarlar onlardan bəzilərini qaçqın düşərgələrindən qaçırıblar, bəzilərini isə suriyalılar özləri satıblar.

Qeyd olunur ki, qızları döyürdülər və onlara işgəncə verirdilər. Oxu.az bildirir ki, polis reydi zamanı 18 nəfər həbs olunub - 10 kişi və 8 qadın. Onlar qızları intim xidmət göstərdikləri yerlərdə, gecə klubları və mənizllərdə müşayiət edirdilər. Qruplaşma paytaxt Beyrutdan şimalda yerləşən Cuniya şəhərində fəaliyyət göstərirdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00