İstanbulda antiterror əməliyyatı
1 Aprel 2016 12:17 Dünyaİstanbul polisi terror aksiyası hazırlığında olan bir terrorist qrupu zərərsizləşdirib. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, MLKP terror təşkilatının üzvü olan 4 nəfər və onlara yardım edən 3 nəfər polis tərəfindən saxlanılıb. Terrorla Mübarizə Şöbəsi şübhəlilərin adına karqo ilə avtomatik tüfəng gəldiyini müəyyən edərək hərəkətə keçib. Silahları gətrrən karqo firmasının şəhərin Ataşehir bölgəsindəki ofisində əməliyyat keçirən polis karqo sahibi A.Y ni həbs edib.Şəbəkənin terror aksiyaları hazırlığında olduğu sübuta yetirlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00