Belçikanın dövlət saytları dağıdılıb

Türkiyə əleyhinə fəaliyyət göstərərək bir çox terror təşkilatına yardım edən Belçikanın bəzi dövlət təşkilatlarının rəsmi internet səhifələri Türk Aslan Nəfərlər haker qrupu tərəfindən dağıdılıb. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, qrup bu addımı Belçıkanın bəzi terror təşkilatı üzvlərini öz ərazisində gizlətdiyi səbəbi ilə atdığını bildirib. Qeyd edək ki, bu qrup bir neçə dəfə erməni və bir çox avropalı siyasətçi və təşkilatının internet səhifələrini də dağıtmağa müvəffəq olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00