Türkiyə Dağıstana aviareyslərə başlayır
1 Aprel 2016 11:42 DünyaTürkiyənin "AtlasGlobal" aviaşirkəti İstanbuldan Mahaçqalaya (Dağıstan, Rusiya) birbaşa aviareys açacaq. Report bildirir ki, uçuşlara aprelin 29-dan etibarən başlanılması nəzərdə tutulub. "Biz artıq "AtlasGlobal" aviaşirkəti ilə Türkiyəyə uçuşların yerinə yetirilməsini razılaşdırmışıq. Uçuşlar aprelin 29-dan etibarən İstanbulun Atatürk hava limanına reallaşdırılacaq, biletlər satış üçün artıq açıqdır", - deyə Mahaçqala hava limanının direktoru Arsen Pirmaqomedov bildirib. Onun sözlərinə görə, bu istiqamət üzrə tələbat çox böyük olacaq və reyslər həftədə üç dəfə yerinə yetiriləcək. Mahaçqala hava limanı yaxın vaxtlarda Azərbaycan, BƏƏ, Simferepol və Kazan şəhərinə də aviareyslər açmağı planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00