1-ci sinif şagirdlərindən cinayət planı

Amerikada 3 qız şagird əsəbləşdikləri oğlanın günorta yeməyinə silikagel ataraq zəhərləməyi planlaşdırıblar. Türkiyə mətbuatı xəbər verir ki, onlar oğlanın yeməyinə silikagel qatmaq istəyiblər. Qızlar bu maddənin zəhərli olduğunu düşünsələr də, əslində silikagel zəhərli deyil. Şagirdlər belə bir plan  qurduqlarına görə məktəbdən qovulublar.

Qeyd edək ki, silikagel gündəlik həyatda qidaların, bitki mənşəli məhsulların, dəri əşyaların, kimyəvi boya və digər məhsulların nəmlənərək xarab olmaması üçün istifadə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00