Gürcü tarixçi: “Gürcüstanın müstəqilliyi uğrunda döyüşlərdə 520 azərbaycanlı həlak olub”
16 Mart 2016 16:22 Dünya"Gürcüstanın müstəqilliyi uğrunda separatçılarla aparılan döyüşlərdə 520 azərbaycanlı həlak olub". Bunu APA-nın Gürcüstan bürosuna gürcü alim, tarix elmləri doktoru, professor Petre Qoçaqidze-Çaladideli bildirib. Onun sözlərinə görə, 520 nəfərin hamısı Gürcüstan vətəndaşı olan azərbaycanlıdır: "Çox sevinirəm ki, azərbaycanlılar bizim qonşuluğumuzda yaşayırlar. Azərbaycanlılar yaşadıqları ölkəyə heç vaxt namərdlik etməyiblər". O deyib ki, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi azərbaycanlıların Abxaziyada və digər bölgələrdə döyüşlərdə iştirakı barədə kitab yazmasını sifariş veriblər: "Bu barədə fakt çoxdur. Mən Yazacağım kitab ingilis, Azərbaycan və rus dillərində Azərbaycanda nəşr olunacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00