Nigeriyanın Mayduquru şəhərindəki məsciddə törədilən partlayış nəticəsində 22 nəfər ölüb, 17 nəfər yaralanıb. Milli.Az APA-ya istinadən bildirir ki, terror aktını iki kamikadze törədib. Kamikadzelərdən biri məscidin içində, digəri isə məscidin çıxışında partlayıcı qurğunu işə salıb.
Qeyd edək ki, Mayduquri "Boko Haram" terror qruplaşmasının təsir dairəsində olan şəhərdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00