Millət vəkili guya "könüllü" partiya yaradır

"Çiçəklənən Ermənistan" Partiyasını tərk etmiş Vardan Oskanyandan sonra Vahan Babayan da partiya yaratmaq niyyətini açıqlayıb. Milli.Az "Hrapark"a istinadən bildirir ki, millət vəkilinin dediyinə görə, heç bir halda sabiq XİN başçısı Vardan Oskanyanla birlikdə olmaq niyyətində deyil.

İddialara görə, 36 yaşlı Vahan Babayanın yaradacağı siyasi təşkilat iqtidardakı Ermənistan Respublika Partiyasının "kurasiya"sında olacaq. Partiyanın yaradılması və üzvlərin cəlb olunması üçün maliyyənin də Ermənistan prezidenti Serj Sarkisyanın göstərişi ilə müxtəlif dövlət qurumlarından qeyri-rəsmi şəkildə ayrılacağı vurğulanır.
Vardan Babayan ona verilmiş göstərişin "təşəbbüs" olduğunu desə də, artıq müvafiq hazırlıq işlərinin başlandığı da söylənir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00