Ankarada şübhəli avtomobil tapıldı

Türkiyədə polis naməlum bir avtomobilin terror aksiyasına cəlb ediləcəyi xəbərini alıb. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, əldə olunan məlumat əsasında polis təcili hərəkətə keçib. Az  zaman içində şübhəli avtomobilin şəhərin AŞTİ bölgəsində olduğu müəyyən edilib. Şübhəli avtomobil Əmək Məhəlləsinin Krım prospektində park edilmiş vəziyyətdə tapılıb. Aparılan yoxlama zamanı avtomaşında bomba və partlayıcı qurğu tapılmayıb. Avtomobilin məxsus olduğu ehtimal olunan  iki şübhəli isə həbs edilib. Şübhəlilərdən birinin üzərindən saxta sənəd aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00