PKK-nın ermənilərlə əlaqələri tarixi faktlarda
Vaşinqtonda çıxan dərgidə ermənilər hansı etirafları ediblər?
16 Mart 2016 12:38 DünyaTürkiyənin paytaxtı Ankarada həyata keçirilən terror aksiyaları bu terraktların əsas təşkilatçısı olan PKK-nın Türkiyəni hədəf seçən xarici güclərlə əlaqələrinin olub-olamaması məsələsini yenidən aktual etdi. Zaman-zaman terror təşkilatının ermənilərlə yaxın əlaqədə olması barədə yayılan informasiyalar PKK-nın ermənilərlə əlaqələrinin mövcudluğunun araşdırılmasını zərurətə çevirib.
Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mücadilə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy də hesab edir ki, PKK-nın ən geniş əməkdaşlıq etdiyi ölkələrdən biri də Ermənistandır. Onun sözlərinə görə, separatçı ermənilər PKK-nın qruplaşmalarında yaxından iştirak edir: "PKK-ya qarşı həyata keçirilən əməliyyatlar nəticəsində öldürülən terrorçuların bəzilərinin sünnətsiz olması və boyunlarında xaç daşıdığının təsbit edilməsi belə deməyə əsas verir. Erməni-PKK münasibətləri bu gün də davam edir. Eləcə də yaxın keçmişdə bu münasibətlər yüksək səviyyədə olub. Hazırda İmralıda cəzasını çəkən PKK lideri Abdullah Öcalanın hələ 1998-ci ildə Robert Köçəryanın dövlət başçısı seçilməsi münasibətilə məktub göndərməsi da PKK-erməni əlaqələrinə bariz nümunədir. Həmin məktubda Abdulla Öcalan 1915-ci iləd baş verən hadisələri soyqırımı olaraq tanıdıqlarını bildirir. Abdulla Öcalana görə, "erməni soyqırımı" Hitlerin yəhudilərə qarşı həyata keçirdiyi soyqırımdan da "dəhşətli" olub. Məlumat üçün qeyd edək ki, PKK-ya yaxınlığı ilə seçilən Avropadakı qondarma "Kürdüstan Parlamenti" də 1997-ci ilin aprel ayında qəbul etdiyi qərarla 1915-ci ildə baş verən hadisələri "erməni soyqırımı" kimi tanıyıb. Bütün bu sadaladıqlarımız PKK ilə ermənilər arasında bir bağ olduğunu qəti şəkildə söyləməyə kifayət edir". ASİMDER rəhbəri bildirib ki, vaxtı ilə PKK-nın rəhbər heyətində təmsil olunan Nuriyyə Kespir, terror təşkilatının Mərkəzi Komitə üzvləri Bəkir Bakırcıoğlu və Musa Haciyav da milliyətcə erməni olub: "Ermənilər ilə PKK terror təşkilatı arasındakı əlaqə qarşılıqlı mənfəətə söykənir. Belə ki, ermənilər terror təşkilatı mənsublarına kömək etdiyi kimi, PKK-da öz növbəsində ermənilərə kömək edir. Zamanında ASALA ilə PKK arasında yüksək səviyyədə əlaqələrin olması da bir təsadüf deyil". Mərkəz rəhbərinin sözlərinə görə, Türkiyənin Adapazarı bölgəsində terror təşkilatına qarşı aparılan əməliyyat zamanı öldürülən narkotik qaçaqmalçısı Behçet Cantürk barədə aparılan araşdırmalar zamanı onun ASALA terror təşkilatının öndə olan isimlərindən biri olduğu müəyyənləşib. Belə ki, Diyarbəkırdə qeydiyyatda olan Behçet Cantürkün anası Hatun Dəmirçiyan adlı bir erməni olub. Cantürkün qeyri-qanuni yollardan əldə etdiyi pulları əvvəl ASALA, sonra PKK-ya köçürdüyü məlum olub. Behçet Cantürk PKK-nın narkotik ticarətini dünya bazarlarında həyata keçirən önəmli narkobaronlardan sayılırdı". Göksəl Gülbəyin sözlərinə görə, hələ 1980-cı illərdə PKK və ASALA birlikdə hərəkət edərək müxtəlif terror aksiyaları barədə məsləhətləşmələr aparıblar. Mərkəz rəhbəri bildirib ki, PKK lideri Abdullah Öcalanın İmralıda baş tutan mıhkəmə prosesi zamanı da bu faktlar terror təşkilatının lideri tərəfindən dolayısıyla etiraf edilib: "1985-ci ildə Vaşinqtonda nəşr edən "Armenian Struggle" jurnalında çıxan bir məqalədə yer alan ASALA tərəfdarlarının bu ifadələri xeyli diqqət çəkir: "Türk əsgərlərinə qarşı kürd qardaşlarımızla çiyin-çiyinə verdiyimiz mübarizədə bir üst səviyyəli rəhbərimizlə bərabər 22 savaşçımızı itirdik. Kürd qardaşlarımızla birlikdə silahlı mübarizəmiz sonuna qədər davam edəcək. Hələlik yığışmaq, müzakirələr aparmaq, hazırlanmaq üçün daha müvafiq bir yer, ərazi seçiləcək. Ancaq bir müddət sonra kürd savaşçılarla günahlarımızı Anadolunun içinə qədər daşıyacağıq. Bundan kimsənin şübhəsi olmasın". Göründüyü kimi hələ 1985-ci ildə ermənilər PKK terror təşkilatı ilə birlikdə hərəkət etdiklərini etiraf edirlər. Ancaq bütün bunlara baxmayaraq hələ də PKK terror təşkilatı ilə birlikdə Türkiyə dövlətinə, eləcə də bütün bəşəriyyətə qarşı vuruşan ermənilər barədə heç bir ölçü götürülmür".
Süleyman