Ermənistanda quş müəmması

Ermənistanda "Qırmızı kitab"a düşən nadir quş növləri yoxa çıxır. Report-a istinadən bildirir ki, bu barədə Ermənistan mətbuatı yazıb. "ArmInfo.am"ın yazdığına görə, bunun səbəbi Ermənistanda dağ-mədən sənayesinin yaratdığı problemlərdir. Yırtıcı quşların bəzi növləri Ermənistandakı yuvalarından ayrılaraq Gürcüstan və Azərbaycana uçmaq məcburiyyətində qalıb. "Quş həvəskarları mərkəzi"nin rəhbəri Silva Adamyanın sözlərinə görə, ölkədə dağ-mədən fəaliyyəti ekoloji standartlara cavab vermir. Məsələn, dağ-mədən şirkətləri mədən fəaliyyətindən yaranmış tullantıların saxlanması üçün faktiki olaraq vergidən azaddırlar. Ekoloqlar isə bzines maraqları müdafiə edən yerin təki ilə bağlı qanun məcəlləsini tənqid edir. Biznes üçün belə güzəştlər nəticəsində Ermənistanın flora və faunası zərər görür. Adamyanın sözlərinə görə, yırtıcı quşların bəzi növləri, o cümlədən "Qırmızı kitaba" düşən ağbaş kərkəz əlverişsiz ekoloji şəraitə görə yuvalarını tərk edərək Gürcüstan və Azərbaycana uçmaq məcburiyyətində qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00