Ankarada alış-veriş mərkəzlərində terror aktı hazırlanır

Ankaradaki Almaniya səfirliyi Türkiyə paytaxtında olan vətəndaşlarını alış-veriş mərkəzlərindən (AVM) birində terror aktının hazırlanması barədə xəbərdar edib. Virtualaz.org bildirir ki, səfirlikdə olan məlumata görə, terrorçuların yeni hücumları ən yaxın günlərdə baş verə bilər. Almaniya səfirliyinin əməkdaşları yeni hücumların alış-veriş mərkəzlərindən birində olacağı ehtimalı barədə xəbərdarlıq ediblər. Təhlükə ilə bağlı Ankaradakı alman məktəbləri və uşaq bağçaları fəaliyyətini müvəqqəti dayandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00