İŞİD işğal etdiyi ərazilərin 22%-nə nəzarəti itirib, gəlirlərin 40%-dən məhrum olub

İŞİD terror qruplaşması son 14 ay ərzində Suriya və İraqda işğal etdiyi ərazilərin təxminən 22%-dən çox hissəsinə nəzarəti itirib. APA-nın məlumatına görə, bu barədə IHS analitik agentliyinin hesabatında deyilir. Hesabatda bildirilir ki, İŞİD bu müddət ərzində gəlirlərinin 40%-dən də məhrum olunub. Analitiklər bunu terrorçuların Suriya-Türkiyə sərhədlərinə nəzarəti əldən verməsi ilə əlaqələndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00