Sabiq prezident həbs oluna bilər

"Qadın kimi 100 il yaşamaqdansa, 1 il kişi kimi yaşarayaram"

"Trabzonspor"un sabiq prezidenti İbrahim Hacıosmanoğlu həbs oluna bilər. ANS PRESS-in məlumatına görə,  keçmiş klub rəhbəri qadınları aşağılamaqda təqsirləndirilir.Hacıosmanoğlu "Trabzonspor" - "Qaziantepspor" matçından sonra "Mən 49 yaşına qədər adam kimi yaşadım, qadın kimi yaşamadım. Qadın kimi 100 il yaşamaqdansa, 1 il kişi kimi yaşarayaram" açıqlamasını verib.Prokurorluq sabiq prezidentin bu açıqlaması səbəbindən araşdırmalara başladıb.Hacıosmanoğlu media vasitəsi ilə xalqın arasında cinsiyyət fərqi qoyma maddəsi ilə 9 aydan 1 il aya qədər həbs edilə bilər. Onun məhkəməsi aprelin 21-nə təyin edilib. Keçən il Hacıosmanoğlunun "Fənərbaxça"nın prezidenti Əziz Yıldırım haqqında söylədiyi sözlər məhkəmə qalmaqalına səbəb olmuşdu.O, 2013-cü ildə İstanbul klubunun rəsmisinin tutulmasından sonra "oğrular cəzasını almalı idilər" deyərək Yıldırımı oyun alqı-satqısına görə təhqir etmişdi. Qarşı tərəf də buna görə Hacıosmanoğlunu məhkəməyə vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00