Klinton özünü qalib elan etdi
16 Mart 2016 09:55 DünyaABŞ-ın sabiq dövlət katibi Hillari Klinton özünü demokratlar daxilində praymerizin mühüm raundunun qalibi elan edib. APA bildirir ki, bunu o Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib. "Biz noyabrda keçiriləcək seçkilərdə zəfər çalmağa yaxınlaşmışıq", - deyə Klinton bildirib. Onun sözlərinə görə, təkcə martın 15-də o 300 partiya nümayəndəsinin və iki milyon seçicinin dəstəyini qazanıb.Bundan əvvəl Klinton digər namizəd Berni Sandersi Ohayo, Florida və Şimali Karolinada qabaqlaya bilib, mübarizə İllinoys və Missuri ştatlarında davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00