Ekvadorda təyyarənin qəzaya uğraması nəticəsində 22 nəfər ölüb
16 Mart 2016 03:29 DünyaEkvadorun şərqində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 22 nəfər ölüb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkə prezidenti Rafael Korrea "Tvitter" səhifəsində bildirib. İnsident ölkənin Pastasa əyalətində qeydə alınıb."Sağ qalan olmayıb. Onlar vətənimizin 22 əsgəri idi. Bu əsl faciədir", - deyə Korrea səhifəsində qeyd edib.Məlumata görə, təyyarənin göyərtəsində 19 desant əsgər, iki pilot və bir mexanik olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00