DİN təsdiqlədi: Ankaradakı terroru PKK törədib
16 Mart 2016 03:18 DünyaMartın 13-də Ankaradakı terror aktının PKK tərəfindən törədilməsi rəsmən təsdiqlənib.Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi hadisənin Kürd Fəhlə Partiyasının (PKK) üzvü, 1992-ci il təvəllüdlü Səhər Çağla Dəmir tərəfindən törədildiyini təsdiqləyib.Qars vilayətinin Kağızman rayonunda pasport qeydiyyatında olan terrorçu-intiharçının 2013-cü ildən PKK-ya qoşulduğu deyilir.Qeyd edək ki, terror aktı nəticəsində 37 nəfər həlak olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00