“Apple Watch” inşaat işçisini ölümdən xilas etdi

"Apple Watch" smart saatları kanadalı inşaatçı Dennis Anselmonun həyatını xilas edib. İKT.lent.az-n "The Sun" qəzetinə istinadən verdiyi məlumata görə, iş zamanı D. Anselmo özünü pis hiss edib və bunu qrip əlaməti hesab edib. Lakin o, öz "ağıllı" saatına baxarkən ürəyinin dəqiqədə 210 dəfə sürətlə döyündüyünü görüb.  D. Anselmo dərhal həkim çağırıb. Onu müəyyən edən həkimlər bildiriblər ki, vaxtlında müraciət etməsə, elə həmin gecə onda ürək tutması baş verə bilərmiş. D. Anselmo artıq bir dəfə ürək tutması keçirib, ikinci belə hal isə ölümə səbəb olacaqmış. İnşaat işçisi bildirib ki, həyat yoldaşı onun "Apple Watch" almasına qarşı olub, lakin indi hesab edir ki, saat özünü doğruldub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00