Ukrayna parlamentinə Rusiya ilə diplomatik əlaqələrin kəsilməsinə dair qərar layihəsi təqdim edilib

Ukrayna Ali Radasına Rusiya ilə diplomatik əlaqələrin dayandırılmasına dair qərar layihəsi təqdim edilib. APA-nın məlumatına görə, layihə bu gün parlamentdə qeydə alınıb. Sənədin müəllifi qismində Radikal Partiyasının fraksiya üzvləri Oksana Korçinskaya və Yuri-Boqdan Şuxeviç və müstəqil deputat Vladimir Parasyuk çıxış edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00