“Hizbullah” əsas qüvvələrini Suriyadan çıxarır
15 Mart 2016 17:18 DünyaRusiya Silahlı Qüvvələrindən sonra "Hizbullah"ın da Suriyadan çəkildiyinə dair məlumat yayılıb. APA-nın "Haberturk"ə istinadən verdiyi məlumata görə, livanlı şiə müxalif jurnalist, "Cənubiyə" saytının rəhbəri Əli əl-Emin yüzlərlə "Hizbullah" silahlısının Suriyadan çıxmağa başladığını açıqlayıb. O, bu hadisənin ABŞ-la Rusiya arasında əldə olunan razılaşma nəticəsində mümkün olduğunu deyib. Onun sözlərinə görə, "Hizbullah" Hələbdən çıxacaq, lakin Şam və Livanla sərhəddə olan Kalamun və Zebedani kimi bölgələrdə qalmaqda davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00