“Instagram”ın ən populyar ulduzu - SELENA QOMEZ

"İnstagram" sosial şəbəkəsinin ən populyar ulduzu müğənni və aktrisa Selena Qomez olub. İKT.lent.az-ın "vistanews.ru" saytına istinadən məlumatına görə, müğənni ən çox izləyiciyə malikdir və bununla da populyar fotomodel Kim Kardaşyanı çox geridə qoyur. İnternet istifadəçiləri qeyd edirlər ki, müğənninin izləyici sayı onun öz səhifəsində daha açıq-saçıq libaslarda şəkillərini paylaşmağa başlayandan sonra xeyli artmağa başlayıb.

Qeyd edək ki, populyarlığına görə Qomez bir zamanlar internet şəbəkəsini zəbt etmiş Kim Kardaşyanı da geridə qoya bilib. Amerikalı aktrisa ötən ayın sonlarında özünün heyranlarına bütün sosial şəbəkələrdə akkauntlarını bağlayacağını bildirib. Qomez heyranları istisna etmir ki, bu cür bəyanatların verilməsi də şəbəkə istifadəçilərinin diqqətini cəlb edib. S.Qomez uğurla öz öz pərəstişkarlarını aldada bilib. Bununla da digər dünya ulduzları arasında daha böyük populyarlıq əldə edə bilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00