Benzin almaq üçün sevgilisini fahişəliyə məcbur etdi
15 Mart 2016 16:15 DünyaGənc qadını fahişəliyə məcbur edən sevgilisi və başqa bir qadın həbs olunub. Gün.Az "Posta" qəzetinə istinadən xəbər verir ki, Adana polisi 36 yaşlı S.T.-nin 27 yaşlı sevgilisi Serbay K. və 35 yaşlı Məryəm T. tərəfindən fahişıəliyə məcbur edilməsi haqda məlumatı opretaiv araşdırıb. Məlumata görə, polis əməkdaşları "müştəri" kimi davranaraq, Məryəm T. ilə əlaqəyə giriblər və seksual xidmətlə bağlı onunla razılığa gəliblər. Bundan sonra Məryəm T. Serbay K.-ya zəng vuraraq, S.T.-ni otelə gətirməyi tapşırır. Əməliyyat nəticəsində Məryəm T. ilə Serbay K. həbs olunub. İfadə verən S.T. sevgilisinin onu fahişəliyə məcbur etdiyini, qazanılan puldan taksi kimi istifadə etdiyi maşınına benzin aldığını deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00