Ümit Bozdağ: “PKK-nı ağır şəkildə cəzalandırmaq lazımdır”
15 Mart 2016 15:42 Dünya"PKK-nı bu kimi terror aksiyaları həyata keçirdiyi üçün son dərəcə ağır şəkildə cəzalandırmaq lazımdır". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən MHP-dən olan millət vəkili Ümit Özdağ bildirib ki, bu istiqamətdə təcili addımlar atılmalıdır: "PKK terror təşkilatının lider kadrlarının zərərsizləşdirilməsi dərhal həyata keçirilməlidir. Bunun üçün təkcə Suriya və Iraqda deyil, Avropada da PKK terror təşkilatının liderlərinin zərərsizləşdirilməsi həyata keçirilməlidir. Cemil Bayık, Murat Karayılan kimi fiqurlar aradan götürülməlidir. Həmçinin PKK-nın Iraqdaki düşərgələrinə sadəcə hava hücumları deyil, qurudan da hücumlar təşkil edilməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00