İŞİD tərkibində döyüşən azərbaycanlının məhkəməsi başlayıb
15 Mart 2016 13:06 DünyaBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD tərkibində döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Şirxan Xasaylının cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası martın 29-a təyin edilib.
Qeyd edək ki, Şirxan Xasaylı 2013-2015-ci illərdə Suriya və İraqda həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD terrorçu təşkilatının fəaliyyətində iştirak etməkdə təqsirləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00