Rusiya daha bir ölkənin məhsulunda zəhər tapdı

Rusiya Moldova məhsullarının Belarus vasitəsilə ölkəyə gətirilməsinə qadağa qoyub. Axar.az bildirir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Məhsullara qadağanın tətbiq edilməsinə əsas səbəb bu ərzaqlarda zərərli maddələrin tapılması olub.

Qeyd edək ki, Moldovanın Avropa Birliyi ilə assosiativ saziş imzalamasından sonra Moskva ilə münasibətləri pozulub. Üstəlik, son günlər ölkədə rusiyayönlü qüvvələr aktivləşiblər. Moldovanın tərkibində olan Qaqauziya muxtariyyəti də Rusiya ilə əməkdaşlığa önəm verdiyini açıqlayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00