Türkiyə vətəndaşına məxsus mağazadan oğurluq edən qadın saxlanılıb
15 Mart 2016 12:49 DünyaBakıda Türkiyə vətəndaşına məxsus mağazadan oğurluq edilib. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayon 17-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də Qalib İsmayılova və martın 5-də Türkiyə vətəndaşı Aksu Metinə məxsus mağazalardan oğurluq etmiş Ağsu rayon sakini Tehran Bədəlov və Yevlax rayon sakini Nargilə Hüseynova tutulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00