Məryəm Uzerliyə daha bir pis xəbər
15 Mart 2016 19:03 DünyaAktrisa Məryəm Uzerli daha bir uğursuzluqla üzləşib. Axşam.az xəbər verir ki, böyük büdcəylə və ümidlərlə başlayan "Gecenin kraliçesi"nin 15-ci seriyada bitəcəyi dəqiqləşib. Gözlənilən reytinqi əldə edə bilməyən ekran işi kanal rəhbərliyinin qərarı ilə dayandırılır. Bundan əlavə, bu günlərdə aktrisanın Ozan Güven, Belçim Bilgin və Okan Yalabıkla birgə çəkildiyi "Annemin Yarası" filmi ilk üç gündə 101 min izləyici tərəfindən izlənilərək bir milyon 280 min lirə (təxminən 650 min manat) gəlir əldə edib. Bu isə gözlənilən rəqəmdən çox aşağıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00