Ankaradakı qanlı terroru törədən qızın 3 il əvvəlki VİDEOsu VIDEO
15 Mart 2016 12:25 DünyaAnkaranın Kızılay meydanında baş verən qanlı terror hadisəsində canlı bomba olduğu iddia edilən Seher Çağla Demirin bir neçə il öncəki videosu ortaya çıxıb. Milli.Az baku.ws-ə istinadən bildirir ki, Balıkesir Universiteti tələbəsi olan gənc qız 2013-ci ildə baş tutan 1 may bayramlarında iştirak edib. Terror aktını törədənlərdən biri olduğu iddia edilən qız hələ 3 il əvvəl istiqlal marşı oxunduğu əsnada göstərdiyi reaksiya ilə diqqət çəkmişdi. Dövlət himninə qarşı hörmətsizlik edən Seher Çağla Demirin bu hərəkətləri Türkiyə mətbuatında da yer almışdı. Terrorçu qız o dövrdə Sülh və Demokratiya Partiyasının (BDP) afişası ilə 1 may tədbirlərində iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00

