İraqda 45 terrorçu zərərsizləşdirilib

İraqın şimalındakı Kandil və Qara bölgələrinə təşkil edilən hava hücumları nəticəsində 45 terrorçu zərərsizləşdirilib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, əvvəlcədən terrorçuların sığındığı bölgələrdə silah-sursat anbarı, sığınacaqlar müəyyən edilərək  9 F-16 və 2 F-4 2020 döyüş təyyarəsi ilə hava cüumları təşkil edilib və hədəflər tam dəqiqliklə məhv edilib. Hadisə nəticəsində 2 böyük silah-sursat anbarı dağıdılıb. Hazırda bölgədə kəşfiyyat işləri davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00