Los-Anceles sakini Rusiyada azyaşlı qızları zorladığına görə 150 il həbs cəzasına məhkum edilib

Los-Anceles sakini Yusef Abramov Rusiyada həddi-buluğa çatmamış qızları zorladığına görə 150 il həbs cəzasına məhkum edilib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin məlumatında bildirilir.Məlumata görə, Rusiya və ABŞ vətəndaşlığı olan 58 yaşlı Abramov 2009-2011-ci illərdə Rusiya ərazisində azyaşlı qızları zorlamaqda təqsirli bilinib.  Rusiya İstintaq Komitəsi, ABŞ Ədliyyə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşlığı nəticəsində cinayətkarı məsuliyyətə cəlb etmək mümkün olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00