XİN: Türkiyə terrorçuları tam məhv edənədək mübarizəni davam etdirəcək

Türkiyə terrorçuları tam məhv edənədək mübarizəni davam etdirəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Tvitter" sosial şəbəkəsindəki mikrobloqunda yazıb. M.Çavuşoğlu qeyd edib ki, Ankaradakı terror Türkiyə dövlətçiliyinə qarşı yönəldilib: "Terrorçular güclü və demokratik Türkiyəyə şərtlərini diktə edə bilməyəcəklər". Xatırladaq ki, bu gün "Sözçü" qəzeti Ankaradakı terror aktının törədilməsində iştirak etdiyi güman edilən qadının adını açıqlayıb. Qəzetin məlumatına görə, terrorçu-intiharçının PKK terror təşkilatının üzvü Səhər Çağla Dəmir olduğu ehtimal edilir. Türkiyə hakimiyyəti bu məlumatı hələ rəsmi olaraq təsdiq etməyib.

Qeyd edək ki, paytaxt Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə naziri bildirib ki, güclü partlayış nəticəsində ölənlərin sayı 37, yaralananların sayı isə 125 nəfərə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00