Selfi sevərlər üçün yeni proqram təqdim olundu
14 Mart 2016 18:50 DünyaBelarus veb-dizaynerləri öz həyatını selfisiz təsəvvür etməyən smartfon istifadəçiləri üçün yeni proqram yaradıblar. İKT.lent.az-ın "rusargument.ru" saytına istinadən məlumatına görə, yenilik MSQRD adlanır və tərtibatçılar tərəfindən artıq anons edilib. Proqram artıq sərbəst şəkildə yükləmək üçün də açıqdır. Beləliklə, selfi proqramı simaları tanıyır və bu simaları müxtəlif maskalarla örtməyə imkan verir ki, bu da bir çox istifadəçilər arasında olduqca populyardır. Hazırda istifadəçi çəkdiyi selfi şəklində cəmi 10 ədəd maskanı yoxlaya bilər. Ancaq zamanla tərtibatçılar bu proqramın seçimlərini daha da inkişaf etdirməyi və genişləndirməyi planlaşdırırlar. Bu isə istifadəçilərin "əl işləri"nin daha da tələbatlı olacağına imkan verəcək. Bundan əvvəl isə həmin bu tərtibatçılar sifətlərin dəyişdirilməsi üçün proqram tərtib ediblər. Bu startap "Facebook"un yaradıcısı Mark Zukerberq tərəfindən satın alınıb ki, bu da onu birmənalı olaraq bu məhsulun yüksək keyfiyyətli olmasının bir növ sübutudur. Məlum olduğu kimi, "Google" korporasiyasının buna oxşar əlavəsi olan "Picasa" proqramı bağlanır. Bunun üçün də MSQRD auditoriyası, şübhəsiz, bir neçə dəfə artacaq.