Terror günü yayımlanan "Survivor" tənqid edildi
14 Mart 2016 18:46 DünyaDünən Ankarada baş verən terror hadisələri televiziyaları proqram yayımında dəyişikliyə məcbur edib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Deniz Akkaya, Lerzan Mutlu, Seda Sayan aparıcısı olduqları verilişlərin yayımını dayandırıblar. Kanal D "Kısmetse Olur" evlilik realiti-şousunu efirə verməyib. Dünən Star TV-də Tolqa Çevikin yeni "Müdir, naber?" verilişi təxirə salınıb. Ancaq Acun İlıcalının rəhbəri olduğu "Survivor"un yayımı sosial mediada birmənalı qarşılanmayıb. Eləcə də, müğənni Bengü konsertinin vaxtını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00