ŞOK İDDİA: Martın 20-də Türkiyəni daha DƏHŞƏTLİ terror gözləyir
14 Mart 2016 17:45 DünyaTürkiyə xüsusi xidmət orqanları təhlükəsizlik güclərinə terror aktları barədə xəbərdarlıq edib. Publika.az bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Cümhurriyət" qəzeti deyib. Kəşfiyyatın məlumatına görə, PKK terror təşkilatı martın 20-də terror aktları seriyası təşkil edərək Türkiyəni "qan gölü"nə çevirmək istəyir. Xəbərdə bildirilir ki, təhlükəsizlik gücləri yeni terror aktları üçün istifadə oluna biləcək 20 avtomobili axtarır. Xəbərdarlığa görə, PKK-nın hədəfi dövlət binaları, hakim partiyanın ofisləri, səfirliklər, ticarət mərkəzləri, turizm yerləri və kütləvi nəqliyyat vasitələridir.
Qeyd edək ki, dünən Ankaranın Qızılay meydanında terror aktı törədilib. Nəticədə 37 nəfər həlak olub, 125-i yaralanıb. Yaralılardan 71-i hazırda xəstəxanadadır.