Livandan gələn təyyarədən raket çıxdı
14 Mart 2016 16:29 DünyaÖtən həftə Livanın paytaxtı Beyrutdan Serbiyanın paytaxtı Belqrada uçan "Air Serbia" hava yollarına aid olan təyyarədən iki ədəd AGM-114 Hellfire raketi tapılıb. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, raketlər təyyarədə gömrükçülər tərəfindən yoxlama aparılan zaman aşkarlanıb. Sənədlərdə yükün son təhvil yeri olaraq ABŞ-ın Oreqon ştatının Portlend şəhəri göstərilib. Hadisə ilə əlaqədar cinayət işi başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00