Eyfel qülləsini sökəcəklər
14 Mart 2016 19:50 Dünya"Trua" ilə oyunda qalib gələn PSJ (9:0) Fransa çempionu olub. Publika.az xəbər verir ki, qarşılaşmada poker edən Zlatan İbrahimoviç oyundan sonra açıqlama verib. O, PSJ-də qalmaq üçün şərtinin olduğunu deyərkən zarafat da edib: "PSJ-də yalnız bir şərtlə qala bilərəm, Eyfel qülləsini mənim heykəlimlə əvəzləsələr. Amma düşünmürəm ki, onlar bunu etsinlər. Söz verirəm, bu şərtimi yerinə yetirsələr, PSJ-də qalacam. Hazırda isə durum belədi: mən növbəti mövsüm PSJ-nin futbolçusu olmayacam". İbrahimoviçin müqaviləsi bu ilin yayında başa çatır. İsveçli hücumçu bu mövsüm Fransa çempionatında 24 oyun keçirib, 27 qol vurub, 11 qol ötürməsi edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00