Türkiyə qırıcıları Kandildəki PKK sığınacaqlarını bombaladı
11 hərbi təyyarə iki saata terrorçuların 18 hədəfini məhv edib
14 Mart 2016 16:17 DünyaTürkiyənin paytaxtı Ankarada 37 nəfərin ölümünə səbəb olan qanlı terror aktından sonra ölkə miqyasında əməliyyatlar başlayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Türk Silahlı Qüvvələrinə aid hərbi təyyarələr gecə boyunca İraqın Kandil dağında terror təşkiatı olan PKKhədəflərini bombalayıb. Məlumata görə, Türkiyə vaxtı ilə saat 03.20-05.30 aralığında kəşfiyyat nəticəsində Kandil bölgəsində müəyyən edilən hədəflər (silah anbarı, sığınacaqlar) 9 "F-16" və iki "F-4 2020" ilə bombalanıb. Baş Qərargah İraqın şimalındakı PKK-ya aid 18 hədəfin uğurlu hava hərəkatı ilə məhv edildiyini açıqlayıb. Müəyyən edilən hədəflərə 30 dəfə atəş açılıb. Terror aktı İstanbul, Eskişehir kimi şəhərlərdə də əməliyyatların keçirilməsinə səbəb olub. Terror təşkilatı olan PKK-ya qarşı əməliyyatlarda Eskişehirdə 14, İstanbulda isə 2 nəfər saxlanılıb. İndi onların Ankara terroru ilə əlaqələrinin olub-olmadığı araşdırılır. Adanada isə 300 polisin qatıldığı şəfəq əməliyyatları nəticəsində 36 şübhəli saxlanılıb. Onların arasında uşaqlar da var. Türkiyəni yasa batıran terror hadisəsi ötən gün paytaxt Ankaradakı avtobus dayanacaqlarından birində baş veri b. Güclü partlayış nəticəsində dayanacaqda və yaxınlıqda olan 37 nəfər həlak olub. 70-dən çox yaralı var. İlkin məlumata görə, terror aktını PKK terrorçusu olan iki şəxs törədib. Onlardan biri qadın, digəri isə kişi olub.