Saakaşvili Ukraynada siyasi mübarizəyə qoşulur
14 Mart 2016 16:12 DünyaOdessa vilayətinin qubernatoru Mixeil Saakaşvilinin komandası siyasi partiya yaratmaq və Ali Radaya seçkilərdə işitrak etmək niyyətini açıqlayıb. Oxu.az bildirir ki, bu barədə Facebook səhifəsində Mixael Saakaşvilinin köməkçisi Saşa Borovik yazıb. "Tezliklə siyasi partiyamız olacaq, mahiyyətcə - seçki partiyası. Bu, sağ mərkəz, fiksal-mühafizəkar və sosial-liberal proqram olacaq. Biz demokratik Avropa Partiya Təşkilatı yaradacağıq, burada liderlər demokratik yol ilə seçiləcəklər", - Borovik qeyd edib. Bundan başqa, o yazıb ki, "Poroşenkonun Yatsenyuku görən gözü yoxdur". "Mən görürəm ki, Poroşenkonun Yatsenyuku görən gözü yoxdur. Amma o, eyni vaxtda alternativ də tapa bilmir. Mən artıq indidən siyasi elitanın müflis olduğunu deyərdim. Bu məntiqi olaraq yeni seçkilərə aparır", - Borovik qeyd edib.