Ankara terroru Türkiyənin siyasi hakimiyyətinə mesajdır

"Son 5 ay ərzinə paytaxt Ankarada 3 terror aksiyasının törədilməsi bu dəşhətli cinayətin siyasi mesaj xarakterli olduğu ehtimalını yaradır". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elçin Mirzəbəyli bildirib ki, yaxın tarixdə terror aksiyaları adətən İstanbulda, Diyarbəkirdə və digər bu kimi ərazilərdə gerçəkləşdirilirdi: " Paytaxt Ankaranın, xüsusilə də dövlət qurumlarının yerləşdiyi ərazilərin hədəf seçilməsini təsadüfi saymıram. Bu aksiyalar bölgədə geosiyasi maraqları uğunda mücadilə aparan güclərdən birinin sifarişi ilə həyata keçirilə və Türliyənin siyasi hakimiyyətinə mesaj xarakteri daşıya bilər. Yaxud aksiyanı gerçəkləşdirən terror təşkilatı köhnə-yeni dəstəkçilərindən daha çox maliyyə və silah yardımı almaq üçün siyasi yükü çox olan aksiyalara əl ata bilər. Və ya terror təşkilatı hansısa qüvvənin sifarişi ilə başqa bir qüvvənin sifarişçi kimi görünməsi mənzərəsini yarada bilər. Hər halda bu və digər yanaşmaların araşdıralacağını düşünürəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00