Terrorla hansısa hədəfə çatmaq mümkün deyil

Türkiyədə dəhşətli hadisənin baş verməsi təsadüfi deyil. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili Adil Əliyev bildirib ki, son günlər Türkiyə dövləti terrorçuların təmizlənməsi və zərərsizləşdirilməsi istiqamətində uğurlu addımlar atır. Bu səbəbdən terrorçular niyyətlərinin puç olduğunun fərqindədirlər: "Onlar dinc insanları öldürməklə öz varlıqlarını göstərməyə çalışırlar. Ancaq terrorçular unutmasınlar ki, terrorla hansısa hədəfə çatmaq mümkün olacaq. Türkiyə böyük dövlətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00