Keçmiş nazir Sərkisyana qarşı partiya yaradır
14 Mart 2016 15:11 DünyaErmənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan yeni siyasi partiya yaradır. Modern.az erməni KİV-nə istinadən bildirir ki, bu barədə yerli jurnalistlərə keçmiş nazir özü deyib. "Yaxın günlərdə yeni partiya yaradıldığını elan edəcəm". Keçmiş nazir partiyasına üzv olacaq simalar barədə danışmasa da, deputalar, tanınmış ictimai xadimlər və gənclərin yeni partiyada təmsil olunacağını bildirib. Oskanyan partiyasının sabiq prezident Robert Köçəryanla hər hansı əlaqəsinin olmadığını da vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00