Heyvanlar insanlardan vəfalıdır

Braziliyada Rio de Janeyro yaxınlığında yaşayan 71 yaşlı Jao Pereyra 2011-ci ildə okeanın sahilində tapdığı və ölümlə üz-üzə olan xəstə pinqvin balasını evinə apararaq onu ölümdən xilas edib. "OLAYLAR"-ın xəbərinə görə, günlərlə onu bəsləyən 71 yaşlı qoca pinqivinə Din-Dim adını qoyub. Dim-Dim sağaldıqdan sonra isə yaşlı balıqçı onu azadlığa buraxıb. Bir neçə ay sonra Jao Pereyra səhər Din-Dimi evinin qapısında gördüyündə heyrətə gəlib. Həmin gündən etibarən bir neçə ildir ki, Din-Dim bir neçə ayını qoca balıqçı ilə, yerdə qalan müddəti isə öz doğma sürüsü ilə Argentinanın və Çilinin Cənub sahillərində keçirir. Pinqivin hər il öz xilaskarını görmək üçün okeanda 8000 kilometr yol qət edərək Jao Pereyranın yanına gəlir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00