Türk qırıcıları PKK-nı bombaladı
14 Mart 2016 13:40 DünyaTürk silahlı qüvvələrindən verilən məlumata görə, İraqın şimal hissəsində yerləşən Kandil və Gara bölgələrində PKK-ya aid 18 hədəf müəyyən edilib. Lent.az-a istinadən bildirir ki, həmin hədəflərə havadan hücum olub. Bu hücumda 9 ədəd F-16 və 2 ədəd F-4 2020 hərbi təyyarəsi iştirak edib. Bütün hədəflər bir hücumla məhv edilib. Həmin ərazilərdə PKK-nın terror qruplarının yerləşməsi təsdiqlənib.
Rəsmi məlumata görə, hücum əməliyyatı bu gecə 03:20 ilə 05:30 saatları arasında keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00