İŞİD-in gürcü lideri kliniki ölüm keçirdi
14 Mart 2016 13:37 DünyaLondonda yerləşən "Suriya İnsan Hüquqları Monitorinq Mərkəzi"i İŞİD-in gürcü lideri Əbu Ömər əş-Şişani barədə yeni məlumat verib. Modern.az bildirir ki, adıçəkilən Mərkəz ABŞ aviasiyasının zərbələri nəticəsində ağır xəsarətlər alan əş-Şişaninin klinik ölüm keçirdiyini yazıb. Məlumata görə, Şişani Rakka şəhərindəki xəstəxanalardan birində müalicə alır və süni nəfəs alətlərinə qoşulub. Xatırladaq ki, martın 8-də amerikalılar Əş-Şaddadi şəhərində İŞİD mövqelərinə zərbələr endirərərək 13 İŞİD-çini məhv etmiş, əş-Şişanini isə yaralamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00