Ankarada törədilən partlayış nəticəsində ölənlərin sayı 37-yə çatıb
14 Mart 2016 13:25 DünyaAnkarada törədilən partlayış nəticəsində ölənlərin sayı 37-yə çatıb. APA-nın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu bildirib. Nazir qeyd edib ki, 30 nəfər hadisə yerində, 7 nəfər isə çatdırıldığı xəstəxanalarda ölüb.
Qeyd edək ki, martın 13-də Ankaranın mərkəzində törədilən partlayış nəticəsində 37 nəfər ölüb, 120-dən çox şəxs yaralanıb. Hadisəni törədən şəxsin PKK terror təşkilatının üzvü, universitet tələbəsi Səhər Çağla Dəmir olduğu müəyyənləşib. O, partlayıcı qurğu yerləşdirilmiş oğurluq avtomobili avtobus dayanacağında partladıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00