Bütün türk dünyası Türkiyənin yanında olmalıdır

Ankara terroru Türkiyə dövlətinə ünvanlanan növbəti mesajdır. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, ekspert Azər Verdiyev deyib ki, son 3 ayda Türkiyədə bir neçə terror hadisəsinin törədilməsi Türkiyə hökümətinə növbəti mesaj kimi dəyərləndirilməlidir: "Vəziyyət olduqca ciddidir. Türkiyə coğrafi baxımdan olduqca qaynar bir nöqtədə yerləşir. Ətrafında olan əksər qonşu dövlətlər qaynar müharibə ocaqlarıdır. Bu mənada terrorla mübarizədə Türkiyə höküməti daha çox güc ortaya qoymaq məcburiyyətindədir. Hesab edirəm ki, bütün türk dünyası Türkiyənin yanında olmalı, terrorla mübarizədə birgə fəaliyyət göstərməlidirlər. Birgə strtaeji təhlükəsizlik addımlarının atılmasının tam zamanıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00