Ankaradakı terrorda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları var?

Ankarada martın 13-də törədilmiş terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır.Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya deyib ki, bununla bağlı Türkiyənin müvafiq qurumları vıə Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən araşdırma aparılır.Qeyd edək ki, martın 13-də Ankaranın Kızılay meydanında terror aktının törədilməsi nəticəsində 34 nəfər ölüb, 125 nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00